Əsas prinsip uşağı özünü öyrənməyə, özünü inkişaf etdirməyə təşviq etməkdir. Montessori müəllimlərinin əsas şüarı isə: “bunu mənə özüm etməyə kömək et!” kimi səslənir.
Maria Montessori metoduna görə bir uşağın tərbiyəsində qarşıya qoyulan məqsədlərin hədəfi: müstəqillik, özünə inam, başqalarına hörmət, nizam-intizam, çalışqanlıq və fikir azadlıqlıqdır. Ancaq Marianın özünün dəfələrlə diqqət yetirdiyi kimi, düzgün azadlıq fikri: “istəyirəm, arzulayıram və bu olmalıdır” yox əksinə – özüm və başqaları üçün ən yaxşısını seçmək və təbii olaraq inkişaf edən bir daxili qabiliyyətdir.”
Bu kurs çərçivəsində əsasən: Montessori sisteminin əsas prinsipləri, eləcə də metodoloji, psixoloji və pedaqoji əsasları nəzərdən keçirilir. Əlavə olaraq: azadlıq və nizam-intizam anlayışı, uşağın zehni inkişaf mexanizmləri, müxtəlif yaş dövrlərinin özəllikləri, müşahidə metodu və ətraf mühitin rolu, şəxsi keyfiyyətləri düzgün inkişafı və bu kimi digər metodlar haqqda məlumat alacaqsız.
Montessori dayələrinin əsas şüarı: “Bunu mənə özüm etməyə kömək et!” – Əsas məqsəd: uşaqda özünü inkişaf mexanizmlərinin işə salınmasıdır.
Kursun əsas mövzuları arasında:
- Mövcud bilik və bacarıqlarını düzgün formada strukturlaşdırmaqla, yeni tərbiyə metodikasına
yiyələnərək – onu evdə və işdə tətbiq etmək.
- Montessori fəlsəfəsinin uşağın həyatına müsbət təsirləri, müstəqil fərd kimi formalaşması;
- Montessori fəlsəfəsinin və tərbiyə metodlarının klassik tərbiyə metodlarından nə ilə fərqləndiyini və üstünlükləri;
Həmçinin kurs çərçivəsində siz:
- Uşağa Montessori fəlsəfəsindən baxış
- Montessori fəlsəfəsi ilə təlim və tərbiyə metodları
- Uşağın müxtəlif yaş dövürlərində düzgün inkişafı
- Uşağın ehtiyac və tələblərinin düzgün qarşılanması
- Böyüklərin uşağın həyatında rolu
- Ətraf mühitə adaptasiya və toplumun onun həyatında oynadığı rol
- Kənardan müşahidənin önəmini öyrənmiş olacaqsınız.
Əziz dayələr!
Bilik və bacarıqlarınızı yeni səviyyəyə qaldırmaq və yüksək maaşlı iş əldə etmək istəyirsinizsə, sizləri “Maria Montessori fəlsəfəsi ilə uşaq inkişafı” kurslarına dəvət edirik. Peşəkar və sertifikatlı Montessori müəllimimiz sizə Montessori fəlsəfəsində uşağa düzgün və səriştəli yanaşmanın bütün incəliklərindən bəhs edəcək!
*Kursu uğurlu tamamlamış bütün dayələrimiz isə sertifikat ilə təmin olunacaq.
Əziz valideynlər!
Əgər dayənizin uşağınızı düzgün inkişaf etdirməsini və düzgün qayğısına qalmasını, Montessori uşaq inkişafı fəlsəfəsini bilməsini və tətbiq etməsini istəyirsinizsə, onu kurslarımıza yazmağın vaxtı gəldi!
Təkcə dayənizi yox: elə özünüz də kurslara yazıla və uşağınızı düzgün inkişaf etdirə və öyrədə bilərsiniz. Yəni kurslarımıza övladı üçün ən yaxşısını istəyən: hərkəs iştirak edə bilər.