Super Personal

ev xidməti sahəsində iş tapmaqda etibarlı köməkçinizdir.

Bakıda iş elanları: ev personalı vakansiyaları

  • İş seçimi: sizin üçün peşə bacarıqlarınıza, iş təcrübənizə və istəklərinizə uyğun vakansiyalar təklif edəcəyik.
  • Müsahibəyə hazırlıq: mütəxəssislərimiz CV hazırlamağa və müsahibədən uğurla keçmənizə sizə kömək edəcəklər.
  • Konsultasiya: Ev xidməti sahəsində iş axtarışı ilə bağlı bütün suallarınızı cavablandırmağa hazırıq.

Bizim üstünlüklərimiz

  • Fərdi yanaşma: hər kəsin ehtiyaclarını və istəklərini nəzərə alaraq fərdi olaraq işləyirik.
  • Böyük iş təcrübəsi: 2008-ci ildən ev personalı seçimi təcrübəsi.
  • Geniş namizəd bazası: bazamızda 30 000-dən çox namizəd var.
  • Peşəkar komanda: mütəxəssislərimizin kadr və iş yeri seçimi sahəsində böyük təcrübəyə malikdirlər.

Təməl iş prinsiplərimiz

  • • Məxfilik: sizin haqqınızda məlumat yalnız sizin razılığınızdan sonra müştərimizə verilə bilər.
  • • Şəffav seçim: işəgötürən haqqında əlimizdə olan bütün məlumatları təqdim etməyə çalışırıq.
  • • Nəticələr haqqda məlumat: müsahibədən keçdikdən sonra mütləq sizinlə əlaqə saxlayacağıq və nəticələrini bildirəcəyik.
  • • Davamlı əməkdaşlıq: vakansiya axtarışında sizinlə uzunmüddətli əməkdaşlığı əsas prioritet olaraq saxlayırıq.

İş elanları Bakı — ev personalı vakansiyaları

“İş elanları Bakı” axtarırsınız və ailədə işləmək istəyirsiniz? Super Personal 2008-ci ildən Bakıda ailələr üçün ev personalı seçir və hər gün yeni vakansiyalar daxil olur. Ən çox tələb olunan vakansiyalar:

Qadınlar üçün iş elanları

Dayə, xadimə, xəstə baxıcısı və aşpaz vakansiyaları qadınlar üçün ən çox axtarılan iş imkanlarıdır. Gündəlik qrafiklə, tam iş günü və ya ailə ilə qalmaqla işləmək olar.

Necə müraciət etmək olar

  1. Formu doldurun və ya zəng edin.
  2. Ofisimizdə (Xətai pr. 41B) müsahibədən keçin — şəxsiyyət vəsiqənizi götürün.
  3. Əvvəlki işəgötürənlərinizin əlaqə nömrələrini hazırlayın.
  4. Uyğun vakansiya olduqda ailə ilə görüş təşkil edirik.

Tez-tez verilən suallar

Bakıda ev personalı kimi iş necə tapmaq olar?

Super Personal-a müraciət edin: formu doldurun və ya zəng edin. Müsahibədən sonra təcrübənizə uyğun ailə vakansiyaları təklif edirik.

Hansı vakansiyalar var?

Dayə, xadimə, sürücü, bağban, aşpaz, xəstə baxıcısı, uşaq baxıcısı, mühafizəçi, ev meneceri, ailə cütlüyü və xaricdə iş vakansiyaları.

Müraciət üçün hansı sənəd lazımdır?

Müsahibəyə şəxsiyyət vəsiqənizi götürün və əvvəlki işəgötürənlərinizin əlaqə nömrələrini hazırlayın.

Maaş nə qədərdir?

Maaş qrafikdən, vəzifələrdən və təcrübədən asılıdır və hər vakansiya üzrə işəgötürənlə razılaşdırılır.

Evdə qalmaqla iş varmı?

Bəli, dayə, xadimə, baxıcı və aşpaz üçün ailə ilə qalmaqla vakansiyalar olur.

Elə indi müraciət edin

Bizimlə əlaqə: +994 (50) 253-42-54, cv@superpersonal.az. İş saatları: bazar ertəsi – cümə, 10:00–19:00.