Sizə ən uyğun vakansiyanı bir neçə saata tapın!
Xəstə baxıcısı tələb olunur — Bakıda baxıcı iş elanları
Super Personal 2008-ci ildən Bakıda ailələr üçün ev personalı seçir və ailələrdən mütəmadi olaraq yeni xəstə baxıcısı vakansiyaları daxil olur. “Xeste baxicisi teleb olunur” və ya “baxıcı tələb olunur” axtarırsınızsa, yaşlılara və xəstələrə qulluq vakansiyaları buradadır. Müraciət edin — müsahibədən sonra təcrübənizə və istədiyiniz qrafikə uyğun vakansiya olduqda sizinlə əlaqə saxlayırıq.
Hansı vakansiyalar var
- Yaşlılara evdə qulluq
- Yataq xəstələrinə qulluq
- Gündüz və ya gecə növbəsi
- Ailə ilə qalan baxıcı
Vəzifələr
- gigiyena və gündəlik qulluq
- dərmanların vaxtında verilməsi (həkim təyinatı ilə)
- qidalanma və gəzintilərdə kömək
- ailəyə vəziyyət barədə məlumat vermək
Namizədə tələblər
- yaşlılara və ya xəstələrə qulluq təcrübəsi
- tibb bacısı təhsili üstünlükdür
- səbir, mərhəmət və məsuliyyət
- əvvəlki işəgötürənlərdən arayış
Necə müraciət etmək olar
- Müraciət — səhifədəki formu doldurun və ya zəng edin.
- Müsahibə — ofisimizdə (Xətai pr. 41B) təcrübəniz və istəkləriniz barədə danışırıq. Şəxsiyyət vəsiqənizi götürün.
- Arayışlar — əvvəlki işəgötürənlərinizin əlaqə nömrələrini soruşuruq.
- Ailə ilə görüş — uyğun vakansiya olduqda işəgötürənlə görüş təşkil edirik.
- Sınaq müddəti — işin ilk 10 günü sınaq müddətidir.
Maaş və iş şərtləri
Maaş iş qrafikindən, vəzifələrdən və təcrübənizdən asılıdır və işəgötürənlə razılaşdırılır. Hər vakansiyanın şərtlərini görüşdən əvvəl sizə ətraflı izah edirik.
Tez-tez verilən suallar
Xəstə baxıcısı işi üçün tibbi təhsil vacibdirmi?
Tibbi təhsil üstünlükdür, amma yaşlılara və xəstələrə qulluq təcrübəsi də qiymətləndirilir.
Baxıcı evdə qalmaqla işləyə bilərmi?
Bəli, evdə qalmaqla, gündüz və gecə növbəsi ilə vakansiyalar olur.
Müraciət üçün hansı sənəd lazımdır?
Müsahibəyə şəxsiyyət vəsiqənizi götürün. Əvvəlki işəgötürənlərinizin əlaqə nömrələrini də hazırlayın.
Maaş nə qədərdir?
Maaş qrafikdən, vəzifələrdən və təcrübədən asılıdır və hər vakansiya üzrə işəgötürənlə razılaşdırılır.
Müraciətdən sonra nə qədər gözləmək lazımdır?
Bu, uyğun vakansiyanın olmasından asılıdır. Uyğun ailə tapılan kimi sizinlə əlaqə saxlayırıq.
Elə indi müraciət edin
Formu doldurun və ya bizimlə əlaqə saxlayın: +994 (50) 253-42-54, cv@superpersonal.az. Digər vakansiyalar: bütün ev personalı vakansiyaları.


