Sizə ən uyğun vakansiyanı bir neçə saata tapın!
Bağban tələb olunur — Bakıda bağban iş elanları
Super Personal 2008-ci ildən Bakıda ailələr üçün ev personalı seçir və ailələrdən mütəmadi olaraq yeni bağban vakansiyaları daxil olur. “Bagban teleb olunur” və ya “bağban işi” axtarırsınızsa, ailələrin bağ evləri və villaları üçün vakansiyalar buradadır. Müraciət edin — müsahibədən sonra təcrübənizə və istədiyiniz qrafikə uyğun vakansiya olduqda sizinlə əlaqə saxlayırıq.
Hansı vakansiyalar var
- Həyət evi və bağ evi üçün bağban
- Villa və böyük ərazilər üçün bağban
- Mövsümi və ya daimi iş
- Bağban-həyət işçisi — bağ və həyət işləri birlikdə
Vəzifələr
- gül, kol və ağacların baxımı, budanması
- çəmənin biçilməsi və suvarılması
- ərazinin təmiz saxlanılması
- mövsümi əkin və gübrələmə işləri
Namizədə tələblər
- bitki, ağac və gül baxımında təcrübə
- suvarma sistemləri və bağ alətləri ilə işləmək bacarığı
- əvvəlki işəgötürənlərdən arayış
- məsuliyyət və fiziki dözümlülük
Necə müraciət etmək olar
- Müraciət — səhifədəki formu doldurun və ya zəng edin.
- Müsahibə — ofisimizdə (Xətai pr. 41B) təcrübəniz və istəkləriniz barədə danışırıq. Şəxsiyyət vəsiqənizi götürün.
- Arayışlar — əvvəlki işəgötürənlərinizin əlaqə nömrələrini soruşuruq.
- Ailə ilə görüş — uyğun vakansiya olduqda işəgötürənlə görüş təşkil edirik.
- Sınaq müddəti — işin ilk 10 günü sınaq müddətidir.
Maaş və iş şərtləri
Maaş iş qrafikindən, vəzifələrdən və təcrübənizdən asılıdır və işəgötürənlə razılaşdırılır. Hər vakansiyanın şərtlərini görüşdən əvvəl sizə ətraflı izah edirik.
Tez-tez verilən suallar
Bağban işi üçün necə müraciət etmək olar?
Formu doldurun və ya zəng edin. Təcrübənizi və harada işləmək istədiyinizi bildirin, uyğun vakansiya olduqda əlaqə saxlayırıq.
Bağban vakansiyaları Bakıdan kənardadırmı?
Vakansiyalar Bakıda və ətrafındakı bağ evlərində, Abşeron ərazisində olur. Ünvan hər vakansiyada ayrıca bildirilir.
Müraciət üçün hansı sənəd lazımdır?
Müsahibəyə şəxsiyyət vəsiqənizi götürün. Əvvəlki işəgötürənlərinizin əlaqə nömrələrini də hazırlayın.
Maaş nə qədərdir?
Maaş qrafikdən, vəzifələrdən və təcrübədən asılıdır və hər vakansiya üzrə işəgötürənlə razılaşdırılır.
Müraciətdən sonra nə qədər gözləmək lazımdır?
Bu, uyğun vakansiyanın olmasından asılıdır. Uyğun ailə tapılan kimi sizinlə əlaqə saxlayırıq.
Elə indi müraciət edin
Formu doldurun və ya bizimlə əlaqə saxlayın: +994 (50) 253-42-54, cv@superpersonal.az. Digər vakansiyalar: bütün ev personalı vakansiyaları.


